Azərbaycandakı hicab qadağası və son həbsləri araşdırmaq məqsədilə Türkiyənin ''Mazlumder'' İnsan Haqqları Cəmiyyətinin vəkilləri Azərbaycana gəlir
Azərbaycan servisi/Aran agentliyi
Azərbaycandakı hicab qadağası və son həbsləri araşdırmaq məqsədilə Türkiyənin "Mazlumder" İnsan Haqqları Cəmiyyətinin vəkilləri Azərbaycana gəlir.
Bu barədə İslam-Azeri.Az İnternet qəzeti "Press7.net"ə istinadən məlumat verir.
Beynəlxalq İnsan Haqqlarının müdafiə təşkilatlarının vəkilləri birlikdə Azərbaycandakı vəziyyəti araşdıracaq və rəsmi qurumlarla görüşəcəklər.
Səfərin sonunda hesabat hazırlanacaq və Ümumdünya İnsan Haqqları təşkilatlarına göndəriləcəkdir.