Tarix : 2011 Jan 13
Kod 20719

AIP PARTİYASININ QƏRARGAHI BAĞLANDI

Partiyanın qərargahında axtarış aparanlar silah və qadağan olunmuş ədəbiyyat axtarsalar da, heç nə tapmayıblar
Azerbaijan servsi/Aran agentliyi

Əməkdaşlarımızın AİP sədrinin evindən verdiyi məlumata görə, artıq polislər və prokurorluq işçiləri Mövsüm Səmədovun evində axtarışa başlayıblar: "Axtarış aparanlara Respublika Prokurorluğunun əməkdaşı Vüqar Nəsibov rəhbərlik edir. O, bayırda olarkən axtarışın jurnalistlərin iştirakı ilə aparılacağını bildirsə də, biz içəri keçəndən sonra media mənsublarının bayıra çıxmasını xahiş etdi. Axtarışda mülki geyimli şəxslər də iştirak edir. Biz onların şəklini çəkmək stədikdə üzlərini divara çevirirdilər. Evdə Mövsüm Səmədovun anası, həyat yoldaşı və azyaşlı övladları, bir də cavan bir qohumları var".

"Yeni Müsavat"ın müxbiri Samir Kazımlının verdiyi xəbərə görə, AİP üzvləri sədrlərinin evinin qarşısına gəliblər, amma nə onları axtarış aparılan evə buraxıblar, nə də kimisə evdən bayıra braxırlar: "Bununla belə, evdən nəyinsə "tapılacağını" heç kəs gözləmir. M.Səmədovun xanımı Mehparə Səmədova axtarış başlanmazdan qabaq axtarışa rəhbərlik edənlərə Qurana əl basdırıb, onların axtarışı düzgün aparacaqlarına dair vəd alıb. Polislər and içiblər ki, axtarışı düzgün aparacaqlar. Ona görə də xüsusi narahatlıq yoxdur".

Reportyorumuzun verdiyi xəbərə görə, hüquq-mühafizə orqanları AİP-in Hidayətzadə küçəsində yerləşən mərkəzi qərargahında da axtarış aparıblar: "Axtarışa Respublika Prokurorluğunun müstəntiqi Mehdi Mirzəyev rəhbərlik edib. Axtarış aparanlar silah və qadağan olunmuş ədəbiyyat axtarsalar da, heç nə tapmayıblar. AİP funksioneri İnqilab Əhədlinin verdiyi məlumata görə, partiyanın kompterləri müsadirə olunub. Hüquq-mühafizə orqanlarının əməkdaşları AİP-n qərargahını möhürləyiblər və 3 gün bağlı qalacağını bildiriblər".

  • Yazılıb
  • da (də) 2011 Jan 13