Tarix : 2011 Jan 15
Kod 20731

TAYDER Azərbaycandakı təzyiq və həbsləri qınadı

Azərbaycanda son zamanlar İslami dəyərlərə və müsəlmanlara qarşı təzyiqlər başladılmışdır. Azan oxunmasını maneə törətmə və məscid dağıdılmasıyla başladılan bu təzyiqlər son günlərdə ...
Azərbaycan servisi/Aran agentliyi

Azərbaycanda orta məktəblərdə hicab qadağası, ardından isə buna etirazlarını bildirən şəxslərin kütləvi həbsi ölkə xaricində də geniş etiraz dalğası meydana gətirib.

İslam-Azeri.az İnternet qəzetinin rasthaber.com-a istinadən verdiyi xəbərə görə, TAYDER(Toplumsal Araşdırma və Köməkləşmə Dərnəyi) də Azərbaycandakı təzyiq və həbsləri qınayan bəyanatla çıxış edib. Bəyanatın mətnini diqqətinizə çatdırırıq:

“Azərbaycanda son zamanlar İslami dəyərlərə və müsəlmanlara qarşı təzyiqlər başladılmışdır. Azan oxunmasını maneə törətmə və məscid dağıdılmasıyla başladılan bu təzyiqlər son günlərdə müsəlman qız şagirdlərin hicabla məktəbə gəlmələrinə qoyulan qadağayla davam etdi.

Müsəlman Azərbaycan xalqının dini və mənəvi dəyərlərinə qarşı yönələn bu təzyiqlərin bənzərləri dünyanın başqa bölgələrində beynəlxalq sionizmin təhrikləriylə öz xalqından qopuq rejimlər tərəfindən də davam etdirilməkdədir. Müstəkbir güclərin idarəsində davam etdirilən bu İslam əleyhinə yönələn sui-qəsdlərin böyük əksəriyyəti müsəlman olan bir ölkədə hər keçən gün artırılması olduqca kədərli və narahatedici miqyas alıb.

TAYDER (Toplumsal Araşdırma və Köməkləşmə Dərnəyi) olaraq Azərbaycanda ən primitiv insan haqqlarını ayaqlar altına alma cəhdlərini qeyri-əxlaqi, qeyri-hüquqi və din düşmənliyi olaraq qiymətləndirdiyimizi bildirir, başda İslam Partiyasının sədri Mövsüm Səmədov olmaqla İslami təşkilatların lider və məsullarının həbs olunmasını şiddətlə qınayırıq.

TAYDER”
 

 

 

İslam-Azeri.az 

 
  • Yazılıb
  • da (də) 2011 Jan 15