Tarix : 2011 Jan 15
Kod 20735

AZƏRBAYCAN KONSULLUĞU QARŞISINDA ETİRAZ AKSİYASI

Nümayişdə azərbaycanlı müsəlmanlarla həmrəyliyin davam ediləcəyi bildirilib və Azərbaycan İslam Partiyasının sədri Hacı Mövsüm Səmədovun dərhal sərbəst buraxılması tələbi səsləndirilib
Azərbaycan servisi/Aran agentliyi

FaktXeber.com-un "Velfecr.com" saytına istinadən verdiyi məlumata görə, Azərbaycanda orta məktəblərdə hicabın qadağan olunmasına və AİP sədri Mövsüm Səmədov başda olmaqla, digər inanclıların həbs olunmasına etiraz əlaməti olaraq, ölkəmizin Türkiyədəki konsulluğu qarşısında etiraz aksiyası keçirilib. İstanbul şəhərindəki konsulluq qarşısına toplaşan yüzlərlə türkiyəli vətəndaş, Azərbaycan hökümətindən dindar kəsimə qarşı təzyiqlərin dayandırılmasını tələb ediblər.

Qeyd edək ki, “Özgürder” insan haqları təşkilatı tərəfindən təşkil olunan aksiyada, nümayişçilər "Azərbaycanda hicab qadağanına son! Həbs edilən dindarlar sərbəst buraxılsan!", "Səmədovu azad edin!", "İslama düşmən, İsrailə dost olma!" şüarları səsləndirərək, Azərbaycanda dindarlara qarşı təzyiqlərin dayandırlmasını istəyiblər.

Xatrladaq ki, nümayişdə azərbaycanlı müsəlmanlarla həmrəyliyin davam ediləcəyi bildirilib və Azərbaycan İslam Partiyasının sədri Hacı Mövsüm Səmədovun dərhal sərbəst buraxılması tələbi səsləndirilib. Aksiya iştirakçıları Azərbaycandakı son hadisələrə etirazlarını ifadə edən məktubu konsulluq nümayəndəsinə təqdim ediblər.  

  • Yazılıb
  • da (də) 2011 Jan 15