Biz Azərbaycan ruhaniləri hicaba qadağa məsələsinin öz müsbət həllini tapması ilə yanaşı Hacı Mösüm Səmədov və onunla ...
Azerbaijan servsi/Aran agentliyi
Biz Azərbaycan ruhaniləri hicaba qadağa məsələsinin öz müsbət həllini tapması ilə yanaşı Hacı Mösüm Səmədov və onunla birgə həbs edilmiş nüfuzlu din xadimlərinin gülünc töhmətlərlə ittiham olunmalarını məhkum edir və onlara tutulub saxlanılmalarına son qoyulmasını və tezliklə azadlığa buraxılmalarını tələb edirik.
Faktxeber.com-un e-mail ünvanına daxil olan məlumatda bildirilir ki, İslammarifində Elmi Araşdırma Mərkəzinin təşəbbüsü ilə Azərbaycan ruhaniləri bəyanat veriblər. Bəyanatda bildirilir:
Bağışlayan və Mərhəmətli Allahın adı ilə
"İlahi!" Biz peyğəmbərimizin həyatda olmamağından, imamımızın qeybdə olmasından, düşmənlərimizin çoxluğundan öz soyumuzun azlığından, bizə qarşı fitnələrin şiddətlənməsindən , zəmanənin bizim əleyhimizə təzahür etməyindən sənə şikayət edirik. Sən Muhəmməd və Ali Muhəmmədə salavat göndər.” (İftitah duasından)
Dini etiqad azadlğı halında Azərbaycan Respublikası qanununun “Dini etiqad azadlığı” maddəsində deyilir ki, hər kəsin hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ vardır.Valideynlər və ya onları əvəz edən şəxslər, qarşılıqlı razılıq əsasında uşaqlarını özlərinin dini əqidəsinə və dinə münasibətinə müvafiq olaraq tərbiyə edə bilərlər. Respublikamızın İslam dininə etiqad edən dindarların İslamın bir əhkamı olan baş bağlamaq əməlini həyata keçirərkən və onu yayarkən müstəqil Respublikamızın heç bir qanununu pozmamışlar.
Buna baxmayaraq Dövlətimizin bəzi məmurları dövlət ilə dindarlar arasında narazılıqlar yaratmağa səy göstərirlər.
Son vaxtlar hicab barəsində verilən qərar respublikanın ruhani təbəqələri arasında narazılıqla qarşılanmışdır. Hər bir mömin bəndə müqəddəs kitabımız olan “Qurani-Kərim” –in əmrləri və qadağaları ilə yaşamağa məsuldur. Həm də Qurani-Kərimin ayələrinə yönələn məlum qərar Uca Allah qarşısında məsuliyyət hiss edən mömin bəndə tərəfindən etirazla qarşılanmaya bilməz. Demokratik dövlətlər tərəfindən tolerant dövlət kimi tanınan bir müsəlman ölkəsində İslama qarşı bu cür basqı əlbəttə çox təəccüblüdür.
Təəssüfə layiq bir də odur ki, hicabla bağlı hər bir etiraz və yaxud narazılıq ayrı-ayrı din adamlarının tutulub-saxlanması ilə müşayiət olunur.
Vicdan azadlığına hörmətlə yanaşılan demokratik bir dövlətin din qanunlarına qarşı belə münasibəti müstəqil dövlətimizə üz ağlığı gətirməz.
Biz Azərbaycan ruhaniləri hicaba qadağa məsələsinin öz müsbət həllini tapması ilə yanaşı Hacı Mösüm Səmədov və onunla birgə həbs edilmiş nüfuzlu din xadimlərinin gülünc töhmətlərlə ittiham olunmalarını məhkum edir və onlara tutulub saxlanılmalarına son qoyulmasını və tezliklə azadlığa buraxılmalarını tələb edirik."