Öz qızlarının namusuna görə bir qrup inanclının həbsə düşməsi bir hökumət rəsmisinə yaraşmaz
Azerbaijan servsi/Aran agentliyi
Ayətullah Sübhani: "Öz qızlarının namusuna görə bir qrup inanclının həbsə düşməsi bir hökumət rəsmisinə yaraşmaz"
Azərbaycanda orta məktəblərdə hicabın qadağan olunması ilə başlayan dindar kəsimə təzyiqlər, qonşu ölkələrdə etirazla qarşılanmaqdadır. Artıq Türkiyə və İrandan hakimiyyətə ölkədəki islamafobiyanın dayandırılması mövzusunda təpkilər gəlib. FaktXeber.com-un İran mediasına istinadən verdiyi məlumata görə, bu günlərdə İranın nüfuzlu din alimi Ayətullah Cəfər Sübhani də ölkə başçısı İlham Əliyevə müraciət edərək, Azərbaycandakı dindar kəsimə qarşı təzyiqlərin dayanadırılmasını və hicab qadağasına qoyulan qadağanın aradan qalxmasını istəyib.
Müraciətdə bildirilir ki:
"Cənab İlham Əliyev
Azərbaycan Respublikasının prezidenti
Salam
Əldə olunan məlumatlara əsasən Azərbaycan Respublikasının təhsil naziri hicablı məktəbli və tələbələrin təhsil müəssisələrinə girişinin qarşısının alınması üçün göstəriş verib. Öncələr Həzrət Fatimeyi-Zəhra (s.ə) məscidinin sökülməsinin qarşısının alınması ilə bağlı sizin atdığınız addıma təşəkkürümü bildirdim. Ancaq bu dəfə bu məsələdə qeyd etməliyəm ki, (fəzəkkir innəz-zikrə tənfəul möminin) (xatırlat, xatırlatmaq möminlərin xeyrinədir) təhsil müəssisələrinə hicablı qızların girişinin qarşısının alınması ilahi hökm və insan haqlarının bildirişinə ziddir.
Sizin hökumətiniz elə bir dünyadadır ki, təhsil və təlim-tərbiyə barəsində olan beynəlxalq hüquq bildirişinin 26-cı maddəsinin 2-ci bəndində qeyd olunur: "Təlim-tərbiyə elə bir formada yönləndirilməlidir ki, hər bir şəxsin insani şəxsiyyətini kamil formada yetişdirsin və hüquq və insan azadlıqlarını möhkəmləndirsin. Təlim-tərbiyə güzəştlə anlaşmaq, müxalif etiqadlara hörmətlə yanaşmaq, bütün xalqlar, etnik və məzhəb cəmiyyətləri arasında dostluq yaratmaq, habelə sülhün qorunması istiqamətində xalqların birgə fəaliyyətlərinin genişləndirilməsini asanlaşdırmalıdır".
Azərbaycan Respublikası hökumətinin də imzaladığı belə bir prinsipi nəzərə aldıqda, görəsən iffəti qorumaq və Allahın qanununa riayət etməyə görə cəmiyyətinizin yarısının təhsildən məhrum qalması yaxud ilahi qanunu görməməzliyə vurması və vicdan həbsinin təzyiqinə məruz qalması düzgündürmü?
Qadının hicabı və örtüyü dəyişməsi mümkün olan yerli bir adət-ənənə deyil. Hicab qadınlar üçün ilahi bir vacib əməldir. Bu dəyərli gövhər onları həvəsbazların fitnəsindən qoruyur. Təhsil mühiti də başqa məsələləri olan deyil, elmi bir mühitdir.
Bu gün sizin hökumət qardaş Türkiyə hökumətindən öyrənməlidir. Onlar uzun müddət hicablı qadınları öz şəri və qanuni hüquqlarından məhrum etdikdən sonra, bir daha sülh və düzgün yolda qərarlaşıb və ilahi hökm və xalqın istəyi ilə razılaşıblar. Bu elə bir haldadır ki, Azərbaycan Respublikasında son zamanlar həyata keçirilən bu hərəkət onların islah etdikləri hərəkətin tam qarşısındadır.
Mən və bütün müsəlmanlar bu əsassız qərarın sizin tərəfinizdən ləğv olunacağı və xalqın arxası sizə və hökumətinizə söykənəcəyini gözləyirik. Sizin ölkəniz də bir çox ölkələr kimi problemləri var. Bütün bu problemlər öz qızlarının namusunun qorunmasına görə bir qrup inanclının həbs olunması ilə deyil, vəhdət və milli birlik sayəsində həll olunmalıdır. Qızlarının namusunun qorunmasına görə bir qrup inanclının həbs olunması bir milli hökumətin rəsmisinə yaraşmaz.
Ümid edirəm ki, bu qeydlər təsirli olacaq və nəticə verəcək".