Azərbaycan servisi/Aran agentliyi
Bu il 7 yanvar tarixində Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədovla birgə həbs olunan Vaqif Abdullayev, Elçin Həsənov və Mirhüseyn Kazımov barədə redaksiyamıza yeni məlumat daxil olub. Azərbaycan İslam Partiyasının baş məclisinin üzvü Natiq KərimovFaktXeber.com-a bildirib ki, "Bu gün axşam saatlarında AİP sədrinin təşkilati məsələlər üzrə müavini Vaqif Abdullayev, Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə aparılıb. Vaqif Abdullayev barəsində 3 aylıq həbs qəti imkan tədbiri seçilib. Məhkəmənin onun barəsində təyin etdiyi 15 sutka həbs cəzasının bitməsinə 5 gün qalmasına baxmayaraq, Vaqif Abdullayevin hansı səbəbdən Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə aparılması və həbs edilməsi bizə məlum deyil."