Tarix : 2011 Jan 18
Kod 20780

AİP SƏDRİNİN MÜAVİNİ VAQİF ABDULLAYEV HƏBS EDİLDİ

AİP sədri Mövsüm Səmədovun sürücüsü Mirhüseyn Kazımov isə sərbəst buraxılıb
Azərbaycan servisi/Aran agentliyi

Bu il 7 yanvar tarixində Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədovla birgə həbs olunan Vaqif Abdullayev, Elçin Həsənov və Mirhüseyn Kazımov barədə redaksiyamıza yeni məlumat daxil olub. Azərbaycan İslam Partiyasının baş məclisinin üzvü Natiq KərimovFaktXeber.com-a bildirib ki, "Bu gün axşam saatlarında AİP sədrinin təşkilati məsələlər üzrə müavini Vaqif Abdullayev, Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə aparılıb. Vaqif Abdullayev barəsində 3 aylıq həbs qəti imkan tədbiri seçilib. Məhkəmənin onun barəsində təyin etdiyi 15 sutka həbs cəzasının bitməsinə 5 gün qalmasına baxmayaraq,  Vaqif Abdullayevin hansı səbəbdən Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə aparılması və həbs edilməsi bizə məlum deyil."

 

  • Yazılıb
  • da (də) 2011 Jan 18