Tarix : 2011 Jan 18
Kod 20781

AMİP hakimiyyəti dinə münasibətində həssas olmağa çağırıb

Bu gün AMİP Siyasi Şurasının iclası keçirilib
Azərbaycan servisi/Aran agentliyi

Bu gün AMİP Siyasi Şurasının iclası keçirilib. İclasda ölkədəki mövcud  ictimai-siyasi, sosial-iqtisadi və kriminogen durum, Azərbaycanın iştirak etdiyi  enerji layihələri müzakirə olunub.
Ölkədəki mövcud durumu kritik və təhlükəli hədd kimi dəyərləndirən AMİP Siyasi Şurası cəmiyyətdəki qarşıdurmanın dərinləşməsinə imkan verməməyin, insanların inanclarına hörmətlə yanaşmağın, söz və fikir azadlığına qoyulan məhdudiyyətlərin aradan qaldırılmasını vacib sayıb.
Siyasi Şura hakimiyyəti dinə münasibətində həssas olmağa, ictimai-siyasi prosesləri daha da gərginləşdirməməyə çağırıb.
Son dövrlər ölkədə pisləşən sosial-iqtisadi vəziyyətin, eləcə də, bahalaşmanın kriminogen vəziyyətə təsirindən və cinayətkarlığın artmasından narahatlığını ifadə edən Siyasi Şura bunun qarşısının alınması üçün hakimiyyətdən zəruri kompleks tədbirlərin görməsini tələb edib.
Siyasi Şura, həmçinin, yanvarın 13-də Aİ və Azərbaycan arasında Bakıda imzalanmış “Cənub qaz dəhlizi haqqında Birgə Bəyannamə”nin ölkəmiz üçün əhəmiyyətli olduğu qənaətinə gəlib və bu  istiqamətdə atılan addımları dəstəkləyib. 

  • Yazılıb
  • da (də) 2011 Jan 18