Tarix : 2011 Jan 18
Kod 20783

DAHA BİR AZƏRBAYCAN ƏSGƏRİ ŞƏHİD OLDU

Azərbaycan Ordusunun əsgəri şəhid olub
Azərbaycan servisi/Aran agentliyi

Azərbaycan Ordusunun əsgəri düşmən gülləsinə tuş gəlib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bu gün saat 12.30 radələrində Ermənistan silahlı bölmələrinin Tərtər rayonunun Çiləbürt kəndi yaxınlığındakı mövqelərdən açdığı atəş nəticəsində əsgər Məmməd Rasim oğlu Azadəliyev şəhid olub.

1990-cu il təvəllüdlü Məmməd Azadəliyev 2010-cu ilin oktyabr ayında Sumqayıt Şəhər Hərbi Komisarlığından həqiqi hərbi xidmətə çağırılıb.

Məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.

Allah rəhmət eləsin! 

  • Yazılıb
  • da (də) 2011 Jan 18