İranın Nüvə başmüzakirəçisi, ölkəsinin nüvə proqramına qarşı edilən kiber hücumlarında ABŞ-ı günahlandırıb
IIR servisi/Aran agentliyi
Faktxeber.com-un "Fars" xəbər agentliyinə istinadən verdiyi məlumata görə, İranın Nüvə başmüzakirəçisi Səid Cəlili Amerika "NBC News" kanalına verdiyi müsahibədə bildirib ki, "Apardığımız araşdırmalar nəticəsindən məlum olub ki, İranın zənginləşdirilmiş uran çıxaran təsislərinə keçən il noyabr ayında təsirli kiber hücumlar edilib. Hücumlarda ABŞ-ın əli olub.
"Stuxnet" kompüter virusunu istifadə edərək nüvə proqramımızı gecikdirməyi məqsəd qoyan kiber hücumu ABŞ təşkil edib. Ancaq hücumdan çox iyan görməmişik."
Cəlili həmçinin, ABŞ-ın da kiber hücumlara qarşı zəif və həssas olduğunu bildirib.
Qeyd edək ki, şənbə günü, Tehran ilə 5+1 ölkələri arasındakı görüş İstanbulda keçiriləcək.