Tarix : 2011 Jan 18
Kod 20801

Dindarların həbsi konfransda qınandı

konfransda bir çox tanınmış təşkilat sədrləri, o cümlədən Türkiyədən Azərbaycana səfər edən Türkiyənin tanınmış insan haqları təşkilatı olan ''Mazlumder'' təşkilatı...
Azərbaycan servisi/Aran agentliyi

Bu gün Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) mətbuat mərkəzində Azərbaycan İslam Partiyasının sədri Hacı Mövsüm Səmədov və həbs edilən digər dindarların hüquqlarının müdafiə komitəsinin elan edilməsinə dair mətbuat konfransı keçirilib.

İslam-Azeri.az İnternet Qəzetinin xüsusi müxbirinin verdiyi xəbərə görə, konfransda bir çox tanınmış təşkilat sədrləri, o cümlədən Türkiyədən Azərbaycana səfər edən Türkiyənin tanınmış insan haqları təşkilatı olan "Mazlumder" təşkilatının baş katibi Şərifə Gül Arıman və baş katibin müavini Uzeyir Yigit iştirak edib.

Konfrans zamanı həbs olunanlar haqqında ətraflı məlumat verilib.

Gəncədəki həbslərlə bağlı oradan gəlmiş nümayəndə çıxış edib.

Dindarların haqsız yerə və mövcut olmayan ittihamlarla bağlı həbs olunması şiddətlə qınanıb.

Tədbirdə jurnalistlər, hüquq müdafiəçiləri və diplomatik korpus nümayəndələri dəvət olunublar.

Konfransda mövcud hicab problemi ilə bağlı da çıxışlar olub.

  

  • Yazılıb
  • da (də) 2011 Jan 18