IIR servisi/Aran agentliyi
FaktXeber.com-un İRNA-ya istinadən verdiyi məlumata görə, İran prezidenti Mahmud Əhmədinejad bildirib ki, "Nüvə enerjisindəki yüksəlişlərimizi sanksiyalarla dayandırlmayacaq.
İranın nüvə enerji proqramına qarşı xarici qüvvələrin təhdidlərini tənqid edən Əhmədinejad, "İran, nüvə enerjisində nailiyyətlər əldə edir, onlar isə yalnız sanksiya qərarı verirlər" deyə bildirib.
İran prezidenti bildirib ki, "Heç bir təzyiq İranın nüvə proqramının qarşısını ala bilməz. Zülmkarlar 100 min qətnamə qəbul etsələr də, İranın nüvə inkişafını dayandıra bilməyəcək. Biz nüvə məsələsində daim irəliləyir, onlar isə qətnamə qəbul edirlər. Onların nə qədər qətnamə qəbul etməsi əhəmiyyət daşımır. Önəmli odur ki, İran artıq nüvə gücünə malik ölkəyə çevrilib. İndi hey oturub desinlər ki, İran atom bombası istehsal etmək niyyətindədir. Biz buna əhəmiyyət vermirik."