Tarix : 2011 Jan 19
Kod 20841

''İstanbulda yol xəritəsi çəkmək istəyirik''

İranın BMT-dəki daimi təmsilçisi səfir Məhəmməd Hazayi, İstanbuldakı nüvə görüşlərində bir yol xəritəsi çəkmək istədiklərini bildirib
Türkiyə servisi/Aran agentliyi

İranın BMT-dəki daimi təmsilçisi səfir Məhəmməd Hazayi, İstanbuldakı nüvə görüşlərində bir yol xəritəsi çəkmək istədiklərini bildirib.

İslam-Azeri.az İnternet Qəzetinin Türkiyə KİV-inə istinadən verdiyi xəbərə görə, İranın BMT-dəki daimi təmsilçisi səfir Məhəmməd Hazayi, İstanbuldakı nüvə görüşlərində bir yol xəritəsi çəkmək istədiklərini bildirərək “zaman qazanmaq deyil, qarşılıqlı etimad təsis etmək lazımdır” deyə vurgulayıb.

Səfir Hazayi, İranın BMT-dəki daimi təmsilçiliyində, İstanbulda 21-22 yanvar tarixləri arasında İran ilə Təhlükəsizlik Şurası və Almaniya arasında təşkil olunacaq görüşlərdən əvvəl Birləşmiş Millətlərdə təmsil olunan bir qrup media nümayəndələrinin suallarına cavab verib.

İstanbuldakı görüşlərin ardından “siyasi bir platforma, bir yol xəritəsi”nin olmasına ümid etdiyini söyləyən Hazayi, İranın müzakirədən əvvəl “əhatəli bir paketi qarşı tərəfə” tәqdim etdiyini, amma nüvə enerjinin istehsal edilmәsi haqqını mübahisə etməyəcəklərini deyib.

Hazayi, “ Bizə qarşı tətbiq edilən nə siyasi təzyiqlərə nə də iqtisadi sanksiyalara qarşılıq verəcəyik. İran təhdid edilәrsә ona görə davranar” sözünü işlədərkən ortaq zəmin əldə olunması halda Əfqanıstan, İraq, Orta şərq, narkotikayla mücadilə və nüvə kimi məsələlərdə Qәrbli ölkәlәrlә әmәkdaşlığa hazır olduqlarını da bildirib.

İran ilə Birləşmiş Millətlər Təhlükəsizlik Şurasının 5 daimi üzvü ilə Almaniyadan təmsilçilər, bu ölkənin mübahisəli vəziyyətdəki nüvə proqramını İstanbulda ortaya qoyacaq.

 

 

İslam-Azeri.az 

 
  • Yazılıb
  • da (də) 2011 Jan 19