Tarix : 2011 Jan 20
Kod 20844

''TƏZƏ PİR'' MƏSCİDİNDƏ DİNDARLAR AKSİYA KEÇİRİB

Hicablı şagirdlərin valideyinləri Qafqaz Müsəlmanları İdarəsindənhicab probleminin həll edilməsini tələb etdi
Azərbaycan servisi/Aran agentliyi

FaktXeber.com-un verdiyi məlumata görə, orta məktəblərdə təhsil almaq hüququndan məhrum edilmiş hicablı şagirdlərin valideynləri və sadə dindarlar, bu gün Qafqaz Müsəlmanlar İdarəsinin qarşısında aksiya keçirib. Sayları təqribən 200 olan dindarlar, Qafqaz Müsəlmanlar İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə ilə görüşmək üçün idarənin önünə toplaşıblar. Hicablı şagirdlərin orta məktəblərdə təhsil almaq hüququndan istifadə edə bilmələri üçün QMİ-ni daha da aktiv fəaliyyət göstərməyə səsləyən dindarlar, bu problemin tez bir zamanda həll olunmasını tələb ediblər.  

  • Yazılıb
  • da (də) 2011 Jan 20