Tarix : 2011 Jan 20
Kod 20845

RUSİYADA İSLAM TELEKANALI FƏALİYYƏTƏ BAŞLAYACAQ

Fevral ayının sonları-mart ayının əvvəllərində Rusiyada İslam telekanalı fəaliyyət göstərəcək
Rusiya servisi/Aran agentliyi

Fevral ayının sonları-mart ayının əvvəllərində, Rusiyada İslam telekanalı fəaliyyətə başlayacaq. Bu barədə ictimaiyyətə "Rusiyanın Müftilər Şurası"nın nümayəndəsi Ravil Qaynuddin məlumat verib. "Hazırda texnoloji işlər gedir, bunu bir-başa yekunlaşdırmaq kimi də adlandırmaq olar. Bir ay və ya daha da az müddətdən sonra, birinci İslam sputnik telekanalının nələr təqdim edəcəyini əyani surətdə görəcəyik. Ümid edirəm ki, bu keyfiyyətli və davamlı bir iş olacaq"-deyə Qaynuddin bildirib.

Faktxeber.com-un "Ria-Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, telekanalda yayımlanması planlaşdırılan verlişlər birinci növbədə gənclərə aid olacaq. Rusiya Müftilər Şurasının nümayəndəsi həmçinin qeyd edib ki, "Biz hesab edirik ki, gəncliyi digər konfessiyyalara qarşı tolerant münasibətlər, yaxınlarına sevgi və öz vətəninə qarşı vətənpərvər ruhda tərbiyə etmək lazımdır".

Məlumat üçün bildirək ki, RMŞ nümayəndəsi yeni telekanalın cəmiyyətdə islamafob əhval-ruhiyyənin aşağı salmasına şərait yaradacağına əmin olduğunu bildirib. Nəzərinizə çatdıraq ki, islam telekanalının yaradılması ideyasını 2009-cu ilin avqust ayında prezident Dmitri Medvedev, Şimali Qafqazın müsəlman dini təşkilatları dəstəkləmək məsələlərilə bağlı görüş zamanı müdafiə etmişdi. 

  • Yazılıb
  • da (də) 2011 Jan 20