İran səfiri: ''Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü dəstəklənir və dəstəklənəcək''
Azərbaycan servisi/Aran agentliyi
İran İslam Respublikasının Azərbaycandakı səfiri Məhəmmədbağır Bəhrami 20 Yanvar - milli matəm günü ilə bağlı müraciətlə çıxış edib. Səfirlikdən Faktxeber.com-a daxil olan müraciətdə deyilir ki, 20 Yanvar xarici müstəmləkə zəncirlərindən qurtuluş, azadlıq və müstəqilliyə qovuşmaq yolunda Azərbaycan xalqının müqavimət hərəkatı olmaqla yanaşı, tarix səhifələrində əbədi həkk olunacaq şərəfli bir iş və xalqın qürur simvoludur: “Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü dəstəklənir və dəstəklənəcək. Milli matəm günündə və bu böyük qüssənin anım günündə dost və qardaş Azərbaycan dövləti və xalqının dərdinə şərik çıxmağı özümə borc bilirəm”.