Azərbaycan servisi/Aran agentliyi
FaktXeber.com-un Turan informasiya agentlyinə istinadən verdiyi məlumata görə, yanvarın 18-də İslam Partiyasının sədr müavini Vaqif Abdullayev barəsində də həbs qətimkan tədbiri seçilib. O, 28, 214.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən cinayətə hazırlıq), 228.3-cü (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə), 278-ci (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama) maddələr üzrə ittiham olunaraq, 3 ay müddətinə həbs edilib.