Azerbaijan servsi/Aran agentliyi
Azərbaycanlayaxşı əlaqələri olan İran rəhbərliyi, bu dəfə Bakını tənqid atəşinətutub
İslaminsesi.az-ın "CNNTürk" internet saytına istinadən verdiyiməlumata görə, İran parlamentinin millət vəkillərindən olan Həmid Rəssayi, Azərbaycan hakimiyyətinin orta məktəblərdə hicab qadağasını sərt şəkildə tənqidedib.
"CNNTürk"ün yaydığı məlumatda bildirilir ki, İranparlamentinin millət vəkili Rəssayi, Azərbaycan məktəblərində hicab qadağasınıntətbiq olunmasında sionist lobbilərin əlinin olduğunubildirib.
İranlı deputat həmçinin qeyd edib ki, "AmerikalılarınAzərbaycanda hərbi bazası var. Bu səbəbdən Bakının qəbul etdiyi qərarlara təsirgöstərə bilirlər. Təhsil mərkəzlərində hicabın qadağan edilməsi, Amerika vəsionist lobbilərinin arzusudur. Çünki islami örtük ABŞ və İsrailin mənfəətlərinitəhlükə altına salır. Rəsmi Bakı hər zaman bu lobbilərin istək və təlimatlarınagörə hərəkət edir".
Xatırladaq ki, Azərbaycan məktəblərindəkeçən aydan etibarən hicabla dərsə gəlmək qadağan edilib. Hicab qadağasındansonra paytaxt Bakıda mindən çox inanclı hicab qadağasına etiraz etmişdi. Etirazlar daha sonra ölkənin ikinci böyük şəhəri olan Gəncəyə keçmişdi. Gəncədəki etiraz aksiyasında nümayişçilərlə polis arasında qarşıdurmayaşanmışdı. 50 nəfər dindar həbs edilmişdi.
Təhlükəsizliktədbirlərinə baxmayaraq etiraz nümayişləri Cəlilabad, Masallı və Lankaran kimişəhərlərə də olmuşdu.