HaqqUolu - İslam-Azeri.az İnternet Qəzetinin xüsusi müxbirininn verdiyi xəbərə görə, ''Milli-Mənəvi Dəyərlər'' İctimai Birliyinin sədri Hacı Mehdi Məmmədov ...
Azerbaijan servsi/Aran agentliyi
HaqqUolu - İslam-Azeri.az İnternetQəzetinin xüsusi müxbirininn verdiyi xəbərə görə, "Milli-Mənəvi Dəyərlər" İctimai Birliyinin sədri Hacı Mehdi Məmmədov 11 sutkalıq həbs müddəti başaçatdıqdan sonra bu gün saat 12:50-də azad edilib.
"Milli-Mənəvi Dəyərlər" İctimai Birliyi Yanvar ayının 18-dən etibarən öz fəliyyətini dondurmuşdu. Təşkilatın mətbuat xidmətindən bildirilib ki, "MMD"İB-nin fəaliyyətinindayandırılması qərarı, təşkilatın üzvləri tərəfindən yekdilliklə qəbul edilib vətəşkilatla bağlı baş verə biləcək yeniliklər haqqında mətbuata məlumatveriləcək.
Azərbaycanda hicab qadağası ilə başlayan və AİP sədri başdaolmaqla ruhanilərin həbsi ilə davam edən dindarlara qarşı təzyiqlər davam edir. FaktXeber.com-un verdiyi məlumata görə, AİP sədrinin birinci müavini ElçinManafovun barəsində Yasamal rayon Məhkəməsinin təyin etdiyi 10 sutkalıq həbsmüddəti bitdikdən sonra, o, Binəqədi rayonunda yerləşən Müvəqqəti SaxmalaTəcridxanasından sərbəst buraxılıb. Məlumat redaksiyamıza daxil olduqdan sonra, Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədovun birinci müavini ElçinManafovla əlaqə saxladıq və ondan necə həbs olunması barədə münasibət öyrəndik.
Heç bir əsas olmadan və qeyri-qanuni olaraq həbs olunduğunu bildirən ElçinManafov, onun avtobusda gedərkən saxlanılığını bildirdi. “Bazar günü idi və mənSumqayıta gedirdim. Birdən avtobusun qarşısı kəsildi, içəriyə mülkü geyimdə olanşəxslər daxil oldu. Avtobusdan enməyimi tələb etdilər və mən də düşdüm. Çoxmənasız və gülünc şəkildə məni həbs edib, Yasamal rayon 26 saylı polis bölməsinəgətirdilər”-deyə Elçin Manafov bildirib.
Tutulan dindar və ruhanilərinəksəriyyətinin polisə müqavimət adı ilə həbs olunduğunu bildirən Elçin bəy, özünün də bu adla saxlanıldığını və üzünə bir polis əməkdaşının dayandığınısöylədi. “Məni də elə polisə tabe olmamaq adı ilə həbs ediblər. Məhkəmədə birpolis üzümə durdu ki, guya mən ona şəxsiyyət vəsiqəmi verməkdən imtina etmişəm. Buna görə də mənə 10 sutka həbs verdilər”-deyə AİP sədrinin birinci müaviniəlavə edib.