Tarix : 2011 Jan 21
Kod 20866

MÖVSÜM SƏMƏDOV 3 AYLIQ HƏBS EDİLDİ

Nəsimi rayon məhkəməsi AİP sədri barədə 3 aylıq həbs qəti-imkan tədbiri seçib
Azerbaijan servsi/Aran agentliyi

Azərbaycan İslam Partiyasının sədriMövsüm Səmədovun 13 sutka həbs müddəti bitdikdən sonra, onu Baş MütəşəkkilCinayətkarlıqla Mübarizə İdarəsinin müvəqqəti saxlanma təcridxanasından Nəsimirayon məhkəməsinə aparıblar. FaktXeber.com-un hadisə yerində olan müxbrininverdiyi məlumata görə, gecə saatlarında olmasına baxmayaraq, hazırda rayonməhkəməsində AİP sədrinin məhkəməsi başlamaq üzrədir. Nəzərinizə çatdıraq ki, məhkəmə qapalı keçdiyindən prosesə hansı hakimin sədrlik etdiyi məlum deyil.
Qeyd edək ki, AİP sədri Mövsüm Səmədov yanvarın 7-dən 8-ə keçən gecə, Nərimanov rayon ərazisində saxlanılaraq, polisə müqavimət maddəsilə 13 günazadlıqdan məhrub edilmişdi.
23:45
Bu gün saat 23:00-da Nəsimi rayonməhkəməsində Elman Əhmədovun sədrliyi ilə keçən prosesdə, Azərbaycan İslamPartiyasının sədri Mövsüm Səmədov barədə yenidən həbs qərarı verilib. Barəsindəseçilən 13 sutkalıq həbs müddəti yeni bitməsinə baxmayarq, AİP sədri yenidənhəbsə məhkum edilib. Mövsüm Səmədovun vəkili Anar Qasımovun saytımıza verdiyiməlumata görə, məhkəmə prosesi qapalı şəraitdə keçib. "Bir neçə dəqiqə əvvəlbitən məhkəmədə, Mövsüm Səmədov 28, 214.2.1-ci (qabaqcadan əlbir olan bir qrupşəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindəncinayətə hazırlıq), 228.3-cü (qanunsuz olaraq odlu silah, onun komplekthissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüşsursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasınavermə, satma, saxlama,
 
daşıma və ya gəzdirmə), 278-ci (hakimiyyəti zorla ələkeçirmə və ya onu zorla saxlama) maddələr üzrə ittiham olunaraq, barəsində 3aylıq həbs qəti-imkan tədbiri seçildi. "-deyə vəkil Anar Qasımov deyib.

  • Yazılıb
  • da (də) 2011 Jan 21