Allahın dininə və xalqa qarşı çıxanlar bir gün zəlil olacaq və zillətə düşəcəklər
Azerbaijan servsi/Aran agentliyi
Höccətül-islam Seyid Həsən Amili bu gün Ərdəbilin cümə namazı xütbələrində Azərbaycan Respublikası hökumətinin hicabofobiya siyasətlərinə işarə edərək deyib: Təəssüflər olsun ki, Azərbaycan Respublikası rəsmiləri din alimləri və mərcəyi-təqlidlərinin xoşməramlılığa və nikbinliyə əsaslanan tövsiyələri və nəsihətlərinə əhəmiyyət vermədilər və vahid məktəbli formasının təqdimat mərasimini keçirməklə hicablı qızları təhsildən məhrum etdilər.
Amili əlavə edib: Azərbaycan Respublikası rəsmiləri bilməlidirlər ki, bu kimi rəftarlar müsəlman əhalinin və dindarların qəzəbinə səbəb olacaq. Möminlərin səbir kasası daşdığı zaman isə artıq gec olacaq və o zaman peşmançılıq fayda verməyəcək.