Tarix : 2011 Jan 22
Kod 20870

AR-da dindarlara qarşı repressiya davam edir

Məşhədi Natiq Kərimovun bildirdiyinə görə, çərşənbə günü Təzəpir məscidi ətrafında toplaşan və hicab qadağasına etiraz edən dindarların ikisi məsciddə
Azərbaycan servisi/Aran agentliyi

(Səhər TV)-Azərbaycan Respublikasında hicab qadağasına etiraz edən dindarlara qarşı repressiya dalğası davam edir.

Bunu bu gün İslam Partiyasının müvəqqəti idarə etmə heyətinin üzvü Məşhədi Natiq Kərimov bildirib.

Məşhədi Natiq Kərimovun bildirdiyinə görə, çərşənbə günü Təzəpir məscidi ətrafında toplaşan və hicab qadağasına etiraz edən dindarların ikisi məsciddə Hacı Allahşükür Paşazadə ilə görüşdən sonra saxlanılıb və onlardan biri Hacı Seyid Şahin adlı 8-ci mikrorayon sakini dünən gecə həbsdə saxlanılandan və bu gün cərimələndikdən sonra buraxılıb.

"Hicab qadağası barəsində şeyx ilə görüşməyin hansı qanunda cinayət olduğunu yazıblar?" -deyən Məşhədi Natiq Kərimov əlavə edib: Repressiya dalğasının qəribəliklərindən biri də budur ki, İslam Partiyasının Ali Şurasının sabiq üzvü olmuş Hacı Rövşən Əhmədli də 10 sutka həbsə atılıbmış ki, respublikada heç kimin bundan xəbəri olmayıb. Yalnız Hacı Rövşən Əhmədlinin dünən axşam həbsdən azad olunmasından sonra o buna aydınlıq gətirib.

Qanunsuz həbslərin digər tərəflərinə işarə edən Hacı Natiq Kərimovun bildirdiyinə görə, İslam Partiyasının bütün komitə sədrlərinin respublika prokurorluğunun Ağır Cinayətlər üzrə İstintaq İdarəsinə çağırılmasına da başlanılıb. Dünən axşam partiyanın Salyan komitəsinin sədri Hacı İnqilab istintaq idarəsinə çağırılaraq 5 saat sorğu suala tutulub.

"Digər komitə sədrlərinin prokurorluğun Ağır Cinayətlər üzrə İstintaq İdarəsinə çağırılması ehtimal olunur" -deyən Məşhədi Natiq Kərimov əlavə edib: İslam Partiyasının fəaliyyətləri tam şəffafdır. Komitə sədrlərinin istintaqa çağırılmasından heç də çəkinmək yoxdur. Təki bu istintaqlar ədalətli şəkildə aparılsın. Amma son günlərdə partiyanın bəzi fəal rəsmilərinə qarşı böhtan xarakterli sənədsiz və qanunsuz cinayət işlərinin açılması, o cümlədən partiyanın sədr müavini Hacı Vaqif Abdullayevə qarşı guya ki dövlət çevrilişi, silah və döyüş sursatı toplamaq maddəsi ilə cinayət işinin açılması və eləcə də partiyanın mətbuat xidmətinin rəhbəri Hacı Akif Heydərlinin harada saxlanılmasının bəlli olmaması nigarançılıq doğurur. Belə bir şəraitdə gözləyirik, görək ki, Hacı Möhsün Səmədovun barəsində qanuni rəftar olunub, onu bu axşam saat 24:00-da buraxacaqlar yoxsa bu qanunsuz hərəkətlər yenə də davam edəcək? Qanun icra olunarsa, Hacı Möhsün Səmədovu da, bu gün azadlığa buraxılan Hacı Mehdi Məmmədov və Elçin Manafov kimi azadlığa buraxmalıdırlar. Baxmayaraq ki, hicab qadağasına etiraz edən digər bir dindar yəni Quran hafizi olan Hacı Zülfüqar Mikayılzadəni bu gün Binəqədi təcridxanasından Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlığı ilə Mübarizə İdarəsinin təcridxanasına köçürüblər! Bütün bunlar isə repressiyaların tam xaos bir şəraitində davam etməsindən xəbər verir. 

  • Yazılıb
  • da (də) 2011 Jan 22