Tarix : 2011 Jan 22
Kod 20872

Mahmud Əhmədinejad İslam Respublikası quruluşunu bəşəriyyət üçün ülgü adlandırıb

Müqəddəs İslam Respublikası quruluşu daim dünya xalqları üçün sülh və ədalət carçısı olub.
IIR servisi/Aran agentılyi

Səhər TV-İran İslam Respublikası prezidenti müqəddəs İslam Respublikası quruluşunu bəşəriyyət üçün ülgü adlandırıb.

İran İslam Respublikası prezidenti Mahmud Əhmədinejad bu gün İranın Yəzd vilayətində yerli rəsmilər qarşısında etdiyi çıxışında İranın İslam Respublikası quruluşunun maddi dəyərlər üzərində formalaşmadığını deyərək, vurğulayıb: Müqəddəs İslam Respublikası quruluşu daim dünya xalqları üçün sülh və ədalət carçısı olub.

M.Əhmədinejad həmçinin İstanbul iclası ərəfəsində televiziya vasitəsi ilə canlı olaraq Yəzd əhalisi üçün yayımlanan çıxışında Tehran ilə əməkdaşlığı hamının xeyrinə adlandırıb.

İran prezidenti əlavə edib: Bu müzakirələr müzakirə tərəfləri üçün yeganə çıxış yoludur.

Mahmdu Əhmədinejad Yəzd əhalisinə müraciətinin davamında deyib: Qərblilər var gücləri ilə çalışdılar ki, İran nüvə qüdrətinə çevrilməsin. Amma, nakam qaldılar və İran nüvə qüdrətinə çevrildi və artıq geriyə yol yoxdur.

İran İslam Respublikası prezidenti həmçinin bir daha təkid edib ki, Qərb İran xalqının hüquqlarına hörmət etməli və öz pis rəftarlarından əl çəkməlidir.

İran və 5+1 Qrupu arasında hərtərəfli müzakirələrin növbəti mərhələsi sabah İstanbulda öz işinə start verəcək. 

  • Yazılıb
  • da (də) 2011 Jan 22