Tarix : 2011 Jan 22
Kod 20873

İslam ölkələri Parlament Assambleyası iranlı alimlərin terror edilməsini pislədi

İslam ölkələri Parlament Assambleyasının başçıları Abu-Dabi iclasında İranın nüvə alimlərinin terror edilməsini pislədilər
IIR servisi/Aran agentlliyi

Səhər TV-İslam ölkələrinin Parlament Assambleyası İranın nüvə alimlərinin terror edilməsini pislədi.

İran İslam Respublikası İslam Şurası Məclisinin sədri Əli Laricani cümə axşamı Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabidən Tehrana geri döndükdən sonra müxbirlərə deyib: İslam ölkələri Parlament Assambleyasının başçıları Abu-Dabi iclasında İranın nüvə alimlərinin terror edilməsini pislədilər.

Əli Laricani həmçinin bu iclasda gündəmdə duran məsələlərə işarə edərək, deyib: Nüvə məsələsi İslam ölkələri Parlament Assambleyasının Abu-Dabidə keçirilən fövqəladə iclasında araşdırılan mövzulardan olub və bütün üzv ölkələr xalqların nüvə enerjisindən dinc məqsədlər üçün istifadə haqqına təkid ediblər.

İran Parlamentinin sədri Fələstin və fələstinlilərin evlərinin dağıdılması məsələsini Abu-Dabi iclasında gündəmdə duran digər məsələlərdən adlandırıb və deyib: Dünya ictimaiyyətinin bütün istək və tələblərinə baxmayaraq, fələstinlilərin evləri dağıdılır və Qəzzənin mühasirəsi davam edir.

Ə.Laricani sonda deyib: Fələstinlilərin evlərinin dağıdılmasının qarşısını almaq və Qəzzənin mühasirəsini yarmaq üçün dövlətlərin iradə və əzmkarlığı əsas şərtlərdən sayılır.

İslam ölkələri Parlament Assambleyasının fövqəladə iclası dünən Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabidə keçirildi. 

  • Yazılıb
  • da (də) 2011 Jan 22