Tarix : 2011 Jan 22
Kod 20874

İstanbul cümə namazında ABŞ və İsrail lənətlənib

Səid Cəlili İstanbulda cümə namazında iştirak etdikdən sonra cümə namazında iştirak edən İstanbul sakinləri tərəfindən geniş formada qarşılanıb
Türkiyə servisi/Aran agentliyi

Səhər TV-İran İslam Respublikası Ali Milli Təhlükəsizlik Şurası katibinin İstanbulda, Sultan Əhməd məscidində cümə namazında iştirakı ilə bir vaxtda cümə namazı iştirakçıları "Amerikaya Ölüm, İsrailə Ölüm" şüarları səsləndiriblər.

Fars xəbər agentliyinin məlumatına görə, Səid Cəlili İstanbulda cümə namazında iştirak etdikdən sonra cümə namazında iştirak edən İstanbul sakinləri tərəfindən geniş formada qarşılanıb.

S.Cəlili cümə namazından sonra müzakirələrin keçirildiyi məkana gedərək, İstanbul müzakirələrinin 2-ci turunda iştirak edib.

İranın Ali Milli Təhlükəsizlik Şurası katibi Səid Cəlili İstanbul iclasında iştirak edən iranlı heyətə rəhbərlik edir. Bu müzakirələrdə 5+1 Qrupunun nümayəndə heyətinə Avropa Birliyinin xarici siyasət üzrə məsul şəxsi xanım Katrin Aşton başçılıq edir. 

  • Yazılıb
  • da (də) 2011 Jan 22