Avropa Birliyinin xarici siyasət üzrə məsul şəxsi xanım Katrin Aşton da 5+1 Qrupunun İstanbul müzakirələrindəki nümayəndə heyətinə başçılıq edir
IIR servisi/Aran agentliyi
Səhər TV-Bu gün Türkiyənin İstanbul şəhərində "Cenevrə 3" razılaşması əsasında İranla 5+1 Qrupu arasında hərtərəfli müzakirələrin birinci turu keçirilib. Rəsmi Tehran müzakirələrin müsbət atmosferdə davam etdiyini vurğulayıb.
Press.TV kanalının İstanbuldan verdiyi məlumata görə, bu müzakirələrdə iştirak edən iranlı heyət İslam İnqilabının Böyük Rəhbərinin nümayəndəsi və İran İslam Respublikasının Ali Milli Təhlükəsizlik Şurasının katibi Səid Cəlilinin rəhbərliyi altda dünən İstanbula daxil olub.
Avropa Birliyinin xarici siyasət üzrə məsul şəxsi xanım Katrin Aşton da 5+1 Qrupunun İstanbul müzakirələrindəki nümayəndə heyətinə başçılıq edir.
Bu müzakirələrdə iştirak edən İranın Ali Milli Təhlükəsizlik Şurası katibinin xarici siyasət və beynəlxalq təhlükəsizlik məsələləri üzrə müavini Əli Baqiri cümə axşamı İstanbulda Cinin xarici işlər nazirinin müavini ilə görüşdə belə vurğulayıb: İran əməkdaşlıq üçün müzakirənin iş gündəmini tam ciddiliklə izləyir və 5+1 Qrupundan da belə davranmasını gözləyir.
Çinin xarici işlər nazirinin müavini və İstanbul iclasındakı nümayəndəsi də bu görüşdə deyib: 5+1 Qrupu Cenevrədə əldə edilmiş anlaşmalara, o cümlədən əməkdaşlıq üçün dialoq prinsipinə sadiqdir.