Tarix : 2011 Jan 22
Kod 20876

Tehranda 20 yanvar hadisəsi ilə bağlı tədbir keçirilib

Beynəlxalq Səhər kanalı 20 yanvar qəhrəmanlığında şəhid olanların ruhuna hörmət əlaməti olaraq tədbirin işıqlandırması ...
Azərbaycan servisi/Aran agentliyi

 (Səhər TV)-İran İslam Respublikasının "Qafqaz Araşdırmalar Mərkəzi"nin təşəbbüsü və Azərbaycan Respublikasının Tehrandakı səfirliyinin iştirakı ilə bu gün Tehran Universitetində 20 yanvar faciəsinin ildönümünə həsr olunmuş tədbir keçirilib.

Beynəlxalq Səhər kanalı 20 yanvar qəhrəmanlığında şəhid olanların ruhuna hörmət əlaməti olaraq tədbirin işıqlandırması üçün çəkiliş qrupunu mərasimin təşkil olunduğu yerə göndərmişdi. Lakin yenə də səfir Cavanşir Axundovun tapşırığı ilə Azərbaycan Respublikasının Tehrandakı səfirliyinin əməkdaşları çəkiliş qrupunun peşə borcunu yerinə yetirməsinə əngəl törətdilər.

Çəkilişə mane olan Cavanşir Axundovun əməkdaşlarının əsas arqumenti isə bu idi ki, nə üçün Beynəlxalq Səhər kanalı Azərbaycan Respublikası olaylarını işıqlandırır?

Təəssüflə həqiqətlərin işıqlandırılmasından qəzəblənən səfirlik əməkdaşları, Azərbaycan Respublikasında cərəyan edən bəzi acı olayların barəsində informasiya çatdırmasına təhqir adını verib, Beynəlxalq Səhər Kanalını guya ki, Azərbaycan Respublikası hökumətini təhqir etdiyini iddia ediblər.

Əlbəttə ki, bu Azərbaycan Respublikası səfirliyi əməkdaşlarının jurnalistlərlə necə qeyri-peşəkar və qanunsuz davrandıqlarının birincisi deyil. Keçən aylarda Tehranda kitab sərgisi və digər tədbirlərdə Azərbaycan Respublikasının Tehrandakı səfirliyinin əməkdaşları belə fikirləşirdilər ki, guya informasiya çatdırmağa mane ola biləcəklər. Yəqin ki, bu davranışlar yalnız bu diplomatların öz peşə qaydaları ilə hansı dərəcədə tanış olduqlarını nümayiş etdirir. 

  • Yazılıb
  • da (də) 2011 Jan 22