Tarix : 2011 Jan 22
Kod 20878

Daha bir hicab müdafiəçisi həbs edildi

Yerli mənbələrin şahid ifadələrinə istinadla verdikləri məlumatlara görə, polis əməkdaşları etiraz aksiyasının başa çatmasından sonra Mirşahini Qafqaz ...
Azərbaycan servisi/Aran agentliyi

Səhər TV-Bakı polisi hicablı məktəblilərin valideynlərinin Qafqaz Müsəlmanları İdarəsi önündə hicab qadağasına etiraz olaraq keçirdikləri dinc aksiyanın başa çatmasının ardınca hicab müdafiəçilərindən birini həbs edib.

Yerli mənbələrin şahid ifadələrinə istinadla verdikləri məlumatlara görə, polis əməkdaşları etiraz aksiyasının başa çatmasından sonra Mirşahini Qafqaz Müsəlmanları İdarəsindən nisbətən uzaq bir məntəqədə, Çingiz Mustafayev prospektində həbs edib və naməlum məkana aparıblar.

Mirşahın hicablı məktəblilərin valideynlərinin QMİ qarşısında keçirilən dinc etiraz aksiyasında bildirmişdi ki, əyər Allahşükür Paşazadə Qafqaz Müsəlmanlarının rəhbəridirsə, onda müsəlmanların qarşısına çıxmalı və hicabofobiya siyasətinin qarşısını almaq üçün nə kimi tədbirlər gördüyünü açıqlamalıdır.

Mirşahin həmçinin bir neçə nəfər ilə birlikdə aksiya iştirakçıları adından Allahşükür Paşazadə ilə görüşmüşdü.

Bu görüşdə Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə bildirmişdi ki, hicab məsələsi ilə bağlı hicab müdafiəçiləri ilə eyni fikrə malikdir və məsələnin həlli istiqamətində səylər göstərir. Lakin, buna baxmayaraq QMİ indiyə kimi Mirşahinin həbs edilməsi qarşısında sükut edib.

Polis qüvvələri həmçinin QMİ qarşısında keçirilən dinc etiraz aksiyasının başa çatmasından sonra bəzi hicablı xanımları təqib edərək, onları hədələyib və şəxsiyyət vəsiqələrini tələb edərək, şəxsiyyət vəsiqələrinin nömrəsini götürüblər.

Azərbaycan Respublikasında orta məktəblərdə hicab qadağasının davam etməsi ilə hicablı məktəblilərin valideynlərindən olan yüzlərlə nəfər Qafqaz Müsəlmanları İdarəsinin önündə dinc etiraz aksiyası təşkil edərək, hicab qadağasının ləğv edilməsini və həbs olunmuş islamçıların sərbəst buraxılmalarını istəyiblər.

Aksiya iştirakçıları orta məktəblərdə hicabdan istifadənin qadağan edilməsini qeyri qanuni adlandırıb və Qafqaz Müsəlmanları İdarəsinin məsələ ilə bağlı mövqe bildirməsini istəyiblər.

Piket iştirakçıları həmçinin QMİ-nin Azərbaycan Respublikasında cərəyan edən islamofobiya və hicabofobiya siyasəti qarşısında öz vəzifəsinə əməl etməsini istəyiblər.

Aksiya iştirakçıları həmçinin əllərində plakatlar daşıyaraq, həbs edilən islamçıların o cümlədən İslam Partiyası sədrinin azadlığa buraxılmasını istəyiblər.

Çoxlu sayda polis əməkdaşı və təhlükəsizlik qüvvəsinin nəzarəti altında Qafqaz Müsəlmanları İdarəsinin qərargahına və Təzə Pir məscidinə gedən xiyabanda keçirilən etiraz aksiyasında orta məktəblərdə hicabdan istifadənin qadağan edilməsi islam dəyərlərinə qarşı aşkar inadçılıq kimi dəyərləndirilib.

Qafqaz Müsəlmanları İdarəsinin sədri təqribən 2 ay öncə hicabı ilahi əmr adlandırmışdı. Lakin, Təhsil Nazirliyinin orta məktəblərdə hicabdan istifadənin qadağan olmasına təkidinin davam etməsinə baxmayaraq, QMİ məsələyə münasibət bildirməkdən çəkinir və sükut edir.

Azərbaycan Respublikasının müxtəlif şəhərlərində o cümlədən Bakı və Gəncə şəhərlərində hicaba dəstək nümayişlərinin keçirilməsi ilə yanaşı, qonşu ölkələrdə o cümlədən İran, Türkiyə, Rusiya və Gürcüstanda da bu qadağa tənqidlərlə yanaşı olub. 

  • Yazılıb
  • da (də) 2011 Jan 22