Tarix : 2011 Jan 22
Kod 20880

Tanınmış əfqan alim Azərbaycan hökumətini dini inanclara hörmətlə yanaşmaya dəvət edib

Azərbaycan Respublikasında orta məktəblərdə hicabofobiya proqramının arxasında İsrail rejiminin əli gizlənir
Azərbaycan servisi/Aran agentliyi

 (Səhər TV)-Əfqanıstanın tanınmış alimlərindən biri deyib: Azərbaycan Respublikası hökumətinin və bu ölkənin təhsil nazirinin müsəlmanların dini inanclarına hörmətlə yanaşmadıqları təqdirdə bu respublika xalqının və dünya müsəlmanlarının kəskin reaksiyası ilə üzləşəcəklər.

Mövləvi Məhəmməd Yasin "Əfqanın Səsi" İnformasiya Agentliyi ilə müsahibədə deyib: Azərbaycan Respublikasında orta məktəblərdə hicabofobiya proqramının arxasında İsrail rejiminin əli gizlənir.

"Bu gün ABŞ və Qərb imperializmi bütün islam ölkələrində bayağı mədəniyyət və dinofobiya köklərini genişləndirir və müsəlmanların öz dini məsələlərinə sadiq qalmalarını istəmirlər" -deyə Məhəmməd Yasin bildirib.

Mövləvi Məhəmməd Yasin hicablı məktəblilərin orta məktəblərə daxil olmalarına maneə törədənləri dinofobist, laik və islama qarşı çıxan şəxslər adlandırıb.

Bu əfqan din aliminin sözlərinə görə, laiklər və qərbin əlaltıları çalışırlar ki, Azərbaycan Respublikasının hicablı qızları, xanımları və bu ölkənin gələcək analarını dindən uzaqlaşdırsınlar. Və bu yolla gələcək nəsilləri qərbpərəst və dinofobist etməyə səy göstərirlər.

Mövləvi Yasinin sözlərinə görə, Azərbaycan Respublikası xalqı Ermənistanla müharibədə vətəni, öz müqəddəsləri və namuslarını qorumaq üçün on minlərlə şəhid verən qeyrətli xalqdır. 

  • Yazılıb
  • da (də) 2011 Jan 22