Tarix : 2011 Jan 22
Kod 20881

Xalq öz şəhidlərini unutmadı

Qızıl Ordunun 20 Yanvarda Bakıda gerçəkləşdirdiyi cinayətin həddən artıq dəhşətli və görünməmiş bir hadisə olmasına baxmayaraq...
Azərbaycan servisi/Aran agentiyi

Bakı-1990-cı il 20 Yanvarda baş vermiş qanlı hadisənin 21-ci ildönümü günündə minlərlə nəfər Şəhidlər Xiyabanında olaraq, onların xatirəsini andı.

Bakıdakı müxbirimizin məlumatına görə, Qızıl Ordunun Azərbaycan Respublikası xalqının müstəqillik uğrunda hərəkətlərinin və fövqəladə vəziyyətin elan edilməsinin ardınca Bakıda törətdiyi vəhşilik nəticəsində 137 nəfər şəhid oldu, 744 nəfər isə yaralandı.

Qızıl Ordunun 20 Yanvarda Bakıda gerçəkləşdirdiyi cinayətin həddən artıq dəhşətli və görünməmiş bir hadisə olmasına baxmayaraq, Qərb dövlətləri bunu daxili məsələ adlandıraraq, hadisəyə münasibət bildirməkdən çəkindilər və sükut etdilər.

Sovet İttifaqının sonuncu başçısı Mixail Qorboçovun birbaşa göstərişi ilə baş tutduğu bildirilən 20 Yanvar qırğını Azərbaycan Respublikası xalqının sərhədləri yararaq, Araz çayını keçməsindən və Allahu Əkbər şüarları ilə İrana birləşmək istədiyini bildirməsindən təqribən bir ay sonraya təsadüf edirdi.

Şəhidlər Xiyabanında müxbirimizlə müsahibədə bəzi Azərbaycan Respublikası vətəndaşları 20 Yanvar hadisəsini bu ölkə xalqının 70 il kommunist rejiminin zülmü altında olmasına rəğmən zülm ilə mübarizə ruhiyyəsinin nişanəsi adlandırıblar.

Azərbaycan Respublikası prezidenti İlham Əliyev, dövlət rəsmiləri və xarici ölkələrin Bakıdakı nümayəndələri də Şəhidlər Xiyabanında olaraq, şəhidlərin xatirəsini yad ediblər.Şəhidlər Xiyabanında xalqın ziyarətini canlı şəkildə yayımlayan AzTV kanalı yüzlərlə hicablı qadının Şəhildlər Xiyabanını ziyarət etmələri ilə bağlı yayımı dayandıraraq Əbədi Məşəl xatirəsinin görüntüsünü yayımlayıb. 

  • Yazılıb
  • da (də) 2011 Jan 22