Qonşu Türkiyədə ölkəmizdə baş verən həbslər və hicab qadağasına etiraz əlaməti olaraq bir neçə dəfə ayrı-ayrı şəhərlərdə aksiya keçirilib
Azərbaycan servisi/Aran agentliyi
Səhər TV--"İlham Əliyev höküməti Azərbaycanda olan hicab probleminə aydınlıq gətirməli və günahsız həbs edilən insanlar azad etməlidir"-deyə "Mazlumder" təşkilatının rəsmiləri bildirib
Azərbaycan Respublikasında orta məktəblərdə hicabın qadağan olunması ilə başlayan, sonradan kütləvi dindar həbsi ilə davam edən represiyalar etirazla qarşılanmaqdadır. Qonşu Türkiyədə ölkəmizdə baş verən həbslər və hicab qadağasına etiraz əlaməti olaraq bir neçə dəfə ayrı-ayrı şəhərlərdə aksiya keçirilib. Hətta bu günlərdə qardaş Türkiyədən Azərbaycana monitorinq aparmaq və həbsdə olan ruhanilərin hüquqlarının müdafiəsi üçün hüquq müdafiəçiləri də gəlib. Azərbaycandakı hicab qdağasını araşdırmaq və həbs olunan müsəlmanlar haqqında məlumat almaq üçün "Mazlumder" insan haqqları təşkilatının vəkillərdən ibarət heyət, artıq Bakı şəhərindədir. Ölkəmizə təklif buyuran "Mazlumder" təşkilatı, baş katib Şərifə Gül Arıman və onun müavini Uzeyir Yigitdən ibarət heyətlə Bakıya gəlib.
Azərbaycanda olduqları müddətdə aparılan monitorinq və görülən işlər barədə məlumat əldə etmək məqsədilə "Mazlumder" təşkilatının nümayəndələri ilə güşdük və onların fəaliyyəti barədə maraqlandıq. "Mazlumder"in baş katibin müavini Üzeyir Yigitin FaktXeber.com-a verdiyi müsahibəsində, səfərlərinin əsas məqsədlərindən biri kimi Azərbaycandakı söz azadlığı, din və etiqad azadlığı barəsində məlumat toplamaq olduğunu bildirdi. "Qardaş Azərbaycanda insan haqqları sahısində problemlərin tez bir zamanda aradan qaldırılmasını istəyirik. Biz problemlərin dərinləşməsini və şişməsini yox, ortaq məxrəcə gəlməklə məsələlərin həll edilməsinin tərəfdarıyıq. Fikrimizcə, İlham Əliyev höküməti Azərbaycanda olan hicab probleminə aydınlıq gətirməli və günahsız həbs edilən insanlar azad etməlidir"-deyə Üzeyir Yigit əlavə edib.