Tarix : 2011 Jan 22
Kod 20883

İqtidar dindarları yatırdır; növbə Astaraya çatıb

Bakıdan Astara şəhərinə yollanan Baş Prokurorluq İdarəsinin istintaq qrupu, evin həyətyanı sahəsindəki köməkçi tikililərin birində guya silah-surtsat ...
Azərbaycan servisi/Aran agentliyi

Səhər TV--Azərbaycan Respublikası İslam Partiyasının Astara rayon təşkilatı sədrinin evində axtarış aparılıb.

FaktXeber.com-un verdiyi məlumata görə, Azərbaycan İslam Partiyasının (AİP) Astara rayon komitəsinin sədri Ruhullah Axundzadənin evində də axtarış aparılıb. Bakıdan Astara şəhərinə yollanan Baş Prokurorluq İdarəsinin istintaq qrupu, evin həyətyanı sahəsindəki köməkçi tikililərin birində guya silah-surtsat aşkarlayıb. Bu barədə FaktXeber.com-a AİP Baş Məclisinin üzvü Natiq Kərimov məlumat verib. Onun sözlərinə görə, Ruhullah Axundzadəyə məxsus evdə sayları dəqiq olmayan avtomat silah, qumbara, güllə və daraqllar tapılıması iddia olunur.
Neçə həftədir ki Azərbaycan Respublikası iqtidarı nüfuzlu dindarları oxşar ittihamlarla həbs edir. 

  • Yazılıb
  • da (də) 2011 Jan 22