Tarix : 2011 Jan 23
Kod 20914

''Sultan Əhməd''də hicab qadağası pisləndi

Azərbaycandakı hicab qadağasına və dindarların həbsinə etiraz əlaməti olaraq dünən İstanbulda yenə etiraz mitinqi keçirilib
Türkiyə servsi/Aran agentliyi

Azərbaycandakı hicab qadağasına və dindarların həbsinə etiraz əlaməti olaraq dünən İstanbulda yenə etiraz mitinqi keçirilib.

İslam-Azeri.az İnternet qəzetinin Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, aksiya "Sultan Əhməd" məscidində qılınan cümə namazından sonra baş tutub.

Aksiyanı "Azərbaycandakı Müsəlman Məhbusların Müdafiə Komitəsi" təşkil edib.

Aksiyada çıxış edən "Mustazaf DER" insan haqlarının müdafiə mərkəzinin şöbə rəisi Səid Şahin dünyada müsəlmanların hüquqlarının pozulduğunu önə çəkərək, hətta Türkiyədə də belə hallara rast gəlindiyini önə çəkib.

"Yeni Akit" (Vakit) qəzetinin yazarı Əhməd Varolda hicab qadağası və müsəlmanların həbsini pisləyərək Azərbaycan müsəlmanlarına salam göndərdi.

Aksiyada "İsra" Mədəniyyət Mərkəzinin direktoru Nürəddin Şirin də çıxış edərək dünyadakı hadisələrə toxundu.

Sonda ABŞ və İsrail bayraqları yandırıldı.

  • Yazılıb
  • da (də) 2011 Jan 23