Tarix : 2011 Jan 23
Kod 20915

''Avropada və Amerikada azlıq olan müsəlmanlar qədər azərbaycanlı insanının hüquqları yoxdur''

Konfransın ikinci hissəsində ''Müasir Azərbaycanda din, dövlət və cəmiyyət münasibətləri, Dünyəvi dövlətdə din və insan hüquqları...
Azerbaijan servsi/Aran agentliyi

Səhər TV--Bunu bu gün Bakıda keçirilən "Azərbaycan və Türkiyədə din və dövlət mövzusunda konfrans"-ında İçərişəhər Cümə məscidinin imam camaatı Hacı İlqar İbrahimoğlu söyləyib.
Konfransın ikinci hissəsində "Müasir Azərbaycanda din, dövlət və cəmiyyət münasibətləri, Dünyəvi dövlətdə din və insan hüquqları" mövzularında çıxışlar olub ki, Hacı İlqar İbrahimoğlu bununla bağlı deyib: " ölkənin inanclı kəsimi ölkənin siyasi həyatında fəal iştirak edib və bunu inanc məsələsi olaraq edib. Beləki, ndi vəziyyət 20 il əvvəlki kimi deyil".

Azərbaycan Respublikasında son vaxtlar baş verənlərdən danışan Hacı İlqar deyib: "Olan şeylərin başa düşülməsi çətin deyil. Sovet gedəndən sonra Azərbaycan inanclısı itirdiklərini bərpa edir. Hicabla bağlı iki yanaşma var: birincisi, dini çoxluq kimi hörmət qoyulsun və təmin edilsin, ikincisi, dini azlıq kimi bizə azadlıq və hüquqlar verilsin. Biz Amerika və Avropa ölkələrindəki məktəblərə və kolleclərə sorğular göndərdik. Cavablar aldıq ki, onlarda belə bir problem yoxdur. Orada məsələ həllini tapıb".

  • Yazılıb
  • da (də) 2011 Jan 23