Tarix : 2011 Jan 23
Kod 20916

“İslam Partiyasının sədri sərbəst buraxılmalıdır”

Anar Qasımov deyib ki, Bakı Apellyasiya Məhkəməsində apellyasiya şikayəti üzrə məhkəmə iclasının vaxtı isə hələlik müəyyənləşməyib
Azerbaijan servsi/Aran agentliyi

Səhər TV--İslam Partiyasının sədri hacı Möhsün Səmədovun vəkili Anar Qasımov onun barəsində Nəsimi Rayon Məhkəməsinin çıxardığı həbs qəti imkan tədbirinin ləğvini və hacı Möhsün Səmədovun sərbəst buraxılmasını apellyasia məhkəməsindən istəyib.
Anar Qasımov deyib ki, Bakı Apellyasiya Məhkəməsində apellyasiya şikayəti üzrə məhkəmə
iclasının vaxtı isə hələlik müəyyənləşməyib.

Xatırladaq ki, Hacı M.Səmədov məktəblərdə hicab qadağasına sərt etiraz edəndən sonra həbs olunub və barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilib.Hacı dövlət çevrilişində ittiham olunub!
Xatırladaq ki, yanvarın 7-də AİP sədri Hacı Mövsüm Səmədovla birgə saxlanılaraq, inzibati cəza alan şəxslərdən iki nəfəri - Mirhüseyn Kazımov və Elçin Həsənov isə yanvarın 18-də sərbəst buraxılıb.

  • Yazılıb
  • da (də) 2011 Jan 23