Tarix : 2011 Jan 23
Kod 20920

SƏHƏR kanalının əleyhinə planlar genişlənib

Rabitə və İnformasiya Texnologiyaları naziri Əli Abbasov ANS telekanalına deyib: '' Azərbaycanda televiziyanın bütövlükdə rəqəmsala systeminə ...
Azerbaijan servsi/Aran agentliyi

Səhər TV--Beynəlxalq SƏHƏR kanalının Azərbaycan Respublikası xalqına abyektiv və doğru informasiya çatdirmasından narahat olan rəsmi Bakı bildirib ki, "Səhər " kanalının əleyhinə tədbirlər görmək niyyətindədir.
Rabitə və İnformasiya Texnologiyaları naziri Əli Abbasov ANS telekanalına deyib: " Azərbaycanda televiziyanın bütövlükdə rəqəmsala systeminə keçəndən sonra hər bir evdə MTRŞ-nin tənzimlənməsi ilə proqramlar yayımlanacaq."
Əli Abbasov deyib : " "Səhər" əsasən peyk çanaqları vasitəsilə tutulur. Azərbaycan bu siqnalın qarşısını almaq iqtidarında olsa da, bu beynəlxalq konvensiyalarla qadağan edildiyindən tətbiq olunmur. "
Rabitə və İnformasiya Texnologiyaları naziri əlavə edib : "Təəssüf ki, bəzi kanallar müdaxilə edir və həqiqətəuyğun olmayan məlumatlar yayımlayır. Əsasən hamı üçün sərbəst verilişlər verən peyk çanaxlarıdır. Onlar qanunla qadağan olunmur, əhalinin 60% həmin proqramlara çanaxlar vasitəsi ilə baxa bilir. Gələcəkdə problem Azərbaycanda televiziyanın bütövlükdə rəqəmsala keçidi yolu ilə həll ediləcək. Bundan sonra "Səhər-2" kimi kanallar ancaq özləri üçün danışacaqlar! Ona keçdikdən sonra hər bir evdə MTRŞ-nin tənzimlənməsi ilə proqramlar yayımlanacaq. Azərbaycan hökuməti rəy verdikdən sonra qonşu kanalların proqramlarının yayımı öldürüləcək".
Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Elxan Poluxov isə söyləyib ki, qurum "Səhər-2" kanalının verilişləri ilə bağlı araşdırmalara başlayıb və müvafiq qaydada tədbirlər görmək niyyətindədir!
Elxan Poluxov Azərbaycanın Xarici İşlər Nazirliyinin hansı tədbirlər görmək niyyətində olduğuu açıqlamayıb!
Qeyd etmək lazımdır ki, dövlət rəsmilərinin SƏHƏR kanalına qarşı qəzəb nümayiş etdirməsi məktəblərdə hicab qadağasına xalq etirazlarını işıqlandirmasıyla bağlıdır.
Digər tərəfdən bu gün Bakı mediasında bildirildi ki, Azərbaycan Respubkikasında yerli TV-lərdə əyləncə 99 faizdir, maarifləndirmə və məlumatlandırma isə 1 faiz!

  • Yazılıb
  • da (də) 2011 Jan 23