Tarix : 2011 Jan 23
Kod 20921

Səid Cəlilinin CNN-lə müsahibəsi

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Səid Cəlili CNN kanalı ilə eksklüziv müsahibəsində İran ilə müzakirə edən ölkələrin Tehranın ...
IIR servsi/Aran agentliyi

Səhər TV-İran İslam Respublikası Ali Milli Təhlükəsizlik Şurasının katibi Səid Cəlili İranın nüvə proqramının tam iqtidarla davam etdirildiyini və bütün fəaliyyətlərin Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin(AEBA) nəzarəti altında olduğunu vurğulayıb.

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Səid Cəlili CNN kanalı ilə eksklüziv müsahibəsində İran ilə müzakirə edən ölkələrin Tehranın müzakirələrdə əməkdaşlıq etməməsi haqdakı bəzi ittihamları haqda deyib: Biz Cenevrədə razılığa gəldik ki, müzakirələr ortaq məsələlər haqda olsun. Ortaq məsələlər üzrə əməkdaşlıq həmişə açıq olan bir yoldur. Lakin, bunun üçün lazım olan əsas məsələ ortaq məntiqə malik olmaqdır.

S.Cəlili həmçinin CNN müxbirinin İranın uranın zənginləşdirilməsi məsələsində Qərb ilə əməkdaşlıq etməməsi haqdakı sualının cavabında dünyanın 120-dən çox ölkəsinin nümayəndələri və səfirlərinin İranın nüvə mərkəzlərinə baxış keçirmələrinə işarə edərək, deyib: Onlar İranın nailiyyətlərini alqışladılar və İranın Atom Enerjisi üzrə Beynəlxalq Agentlik ilə necə yaxından əməkdaşlığa malik olduğunun şahidi oldular.

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi əlavə edib: Atom Enerjisi üzrə Beynəlxalq Agentlik dəfələrlə bildirib və son zamanlar da 25-ci dəfə olaraq qeyd edib ki, İranın nüvə fəaliyyətlərinə tam nəzarətə malikdir və agentliyin baxışında heç bir qanunsuz hal mövcud deyil.

S.Cəlili həmçinin İranın müzakirə masasına qayıtması ehtimalı haqda deyib: İran İslam Respublikasının imkanları qarşı tərəf üçün fürsət hesab olunur. Digər tərəfdən danışıqları tərk edən tərəf biz olmamışıq. İran İslam Respublikasının imkanlarını bir fürsət kimi dəyərləndirmək və qarşı tərəfdən istəmək olar ki, danışıqları tərk etməsin. Biz elan elədik ki, danışıqlara hazırıq. Əlbəttə, qeyd elədik ki, bu danışıqlar xalqların hüquqlarına hörmət əsasında olmalıdır və düşmənçilik hərəkətlərinə də son qoyulmalıdır.

  • Yazılıb
  • da (də) 2011 Jan 23