Tarix : 2011 Jan 23
Kod 20922

Əhmədinejad 5+1 qrupuna təzyiqlərə təslim olmamağı tövsiyə edib

İran İslam Respublikası prezidenti Mahmud Əhmədinejad bu gün Gilan vilayətinin mərkəzi olan Rəşt şəhərində xalq kütləsi qarşısında etdiyi çıxışında ...
IIR servsi/Aran agentliyi

Səhər TV-İran İslam Respublikası prezidenti 5+1 Qrupu ölkələrinə tövsiyə edib ki, sionistlərin və bəzi qüdrətlərin təzyiqlərinə təslim olmasınlar.

İRNA müxbirinin məlumatına görə, İran İslam Respublikası prezidenti Mahmud Əhmədinejad bu gün Gilan vilayətinin mərkəzi olan Rəşt şəhərində xalq kütləsi qarşısında etdiyi çıxışında müzakirələrin ədalət və qarşılıqlı hörmət əsasında baş tutmalı olduğunu deyərək, bildirib ki, İran ilə 5+1 Qrupu arasındakı müzakirələr İran xalqı və digər xalqların qanuni və təbii haqlarının rəsmən tanınması istiqamətində olmalıdır.

Mahmud Əhmədinejad İran və 5+1 Qrupuna üzv ölkələr arasında bir neçə dövr müzakirələrin aparıldığını qeyd edərək, deyib: Əgər qarşı tərəf ədalət, qanun və qarşılıqlı hörmət məsələsində qətiyyətli olarsa, növbəti müzakirələrdə münasib nəticənin əldə edilməsinə ümidvar olmaq olar.

M.Əhmədinejad sionistlər habelə bəzi hegemonçu və zorakı qüdrətlərin o cümlədən ABŞ və bəzi Avropa ölkələrinin məsələlərin xoşluqla həll olunmasında maraqlı olmadıqlarını deyərək, 5+1 Qrupuna üzv ölkələrə tövsiyə edib ki, onların təsiri altına düşməsinlər.

İran İslam Respublikası prezidenti İran xalqını məntiq, ədalət, hörmət və məhəbbət əhli adlandırıb və deyib: Dünya bilsin ki, bu xalq zorakılıq qarşısında dayanacaq və zorakıları öz yerlərinə oturdacaq.

  • Yazılıb
  • da (də) 2011 Jan 23