Azerbaijan servsi/Aran agentliyi
2010-cu ildə Azərbaycanda 459 nəfər AİDS-ə yoluxmuş insan müəyyən edilib. Faktxeber.com Səhiyyə Nazirliyinin məlumatına istinadən xəbər verir ki, ümumilikdə ölkədə AİDS-ə yoluxanların 97,4 faizi Azərbaycan vətəndaşı, 2,6 faizi əcnəbidir. Qeydiyyata alınmış Azərbaycan vətəndaşından 80,3 faizi kişi, 19,7 faizi qadındır. AİDS mərhələsinə keçənlərin sayı 244 nəfər, dünyasını dəyişmiş vətəndaşların sayı 52 nəfərdir.