Tarix : 2011 Jan 23
Kod 20924

HİCABA UZANAN ''ƏLLƏR'' ZÜLFÜQAR AĞANI HARDA SAXLAYIR?!

Zülfüqar Mikayıloğlu: ''Hicaba uzanan əllər kəsiləcək''
Azerbaijan servsi/Aran agentliyi

Hicab problemi son bir neçə ayın ən aktual mövzusudur. Mövzunun aktuallığı ondan ibarətdir ki, bu gündəm çox qurbanlar apardı. Ölkə mediasının da addım ba addım izlədiyi hicab gündəmi barədə Faktxeber.com internet qəzəti də oxucularını kifayət qədər məlumatlandırdı. İndi gündəm növbəsi hicabla bağlı çıxışlarından sonra “xuliqan”lıqla həbs edilən dindarlarındır. FaktXeber.com-a danışan mənbənin dili ilə desək, “hicab həbsləri” adı ilə ölkə ruhanilərinin bir-birinin ardınca zindanlara salınması xalq arasında əsas müzakirə mövzusu olub. Heç təsadüfi deyil ki, xəbər portallarının gündəlik press-reliz lentlərində ən çox oxunan xəbərlər məhz bununla bağlı olur.

Artıq xəbər verildiyi kimi, tanınmış ruhani, Quran elmləri hafizi Zülfüqar Mikayılzadə həbs müddəti bitdikdən sonra müəmmalı şəkildə aradan götürülüb. Onun harda saxlanması barədə yaxınlarından münasibət öyrənsək də, cavab birmənalı oldu, “heç kəs onun yeri barədə bizə bir söz demir”. FaktXeber.com-a danışan və adının çəkilməsini istəməyən mənbə, Zülfüqar Mikayılzadənin tutulmasının əsas səbəbini onun bir müddət öncə xütbələrinin birində “hicaba uzanan əllər kəsiləcək” deməsi ilə əlaqələndirib. Beləki, onun 15 sutkalıq həbs müddətində də əsas sorğu-sualı bu mövzu ilə əlaqədarmış. Mənbə həmçinin Züfüqar Mikayılzadənin dindarlar arasında hədsiz sevildiyini bildirdi və buna səbəb kimi, onun heç bir partiya və ya təşkilata aid bir insan olmadığını göstərdi. Müstəqil və eyni zamanda elmli bir rühani kimi qısa müddət ərzində bütün dindar təbəqənin məhəbbətini qazanan Zülfüqar Mikayılzadənin həbsi dindar təbəqə arasında kəskin narazılığa səbəb olub. Mənbə qeyd edir ki, ən maraqlısı isə budur ki, Mikayılzadənin Azərbaycan İslam Partiyası ilə heç bir əlaqəsi olmadığı halda, mətbuata bilərəkdən onun da AİP üzvü və funksioneri kimi təqdim olunması kimi məlumatlar ötürülür. Əks halda, Zülfüqar bəyin hansı maddə ilə uzun müddətli həbsə salınması sual altına düşür.

 

 

  • Yazılıb
  • da (də) 2011 Jan 23