Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) rəhbərliyi və Qazilər Şurası orta məktəblərdə hicab geyinilməsinin qadağan edilməsi məsələsi ilə bağlı fitva verib
Azerbaijan servsi/Aran agentliyi
Səhər TV--QMİ məktəblərdə hicab məsələsində dövlətin mövqeyini dəstəkləyir.
Faktxeber.com-un SalamNews-a istinadən verdiyi məlumata görə, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) rəhbərliyi və Qazilər Şurası orta məktəblərdə hicab geyinilməsinin qadağan edilməsi məsələsi ilə bağlı fitva verib. Bu barədə Azərbaycan Respublikası İslam Universitetinin rektoru Sabir Həsənli bildirib.
"Biz ölkənin qanunlarına hörmət edir və mömin vətəndaşları da bu qanunlara hörmət etməyə çağırırıq. Söhbət orta məktəblərdə hicab taxmaqdan gedir və bu məsələdə dövlət də, Təhsil Nazirliyi öz mövqelərini konkret olaraq ifadə ediblər. QMİ-yə gəldikdə isə o, elə, dövlətin mövqeyindən çıxış edir",- deyə rektor vurğulayıb.
O həmçinin qeyd edib ki, bu məsələ ətrafında müzakirə yəqin ki, müxtəlif mərhələlərdə keçiriləcək.
"Hicab məktəbli formasına əlavə element kimi daxil edilə bilər. Məsələn, uşağının xəstələnməsini istəməyən valideyn qızının başına örtük keçirir və məktəbə yola salır. Burada heç bir cinayət yoxdur. Lakin əgər məktəb direktoru tələb etsə ki, konkret olaraq hicab taxılmasın, bele halda gərək qadağaya riayət olunsun",- deyə S.Həsənli bildirib.
Xatırladaq ki, Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə məktəblərdə yar alan hicab məsələsilə bağlı mövqeyini "Turan"a ifadə edərkən bildirib: "Hicab məsələsi müzakirə obyekti deyil, bu, Allahın əmridir və ona əməl olunmalıdır". Şeyxülislam A.Paşazadə hicabın dinin atributlarından biri olduğuna diqqət çəkərək, buna əməl olunmasının vacibliyini söyləyib. Onun geyilməsinə gəldikdə, Şeyxülislam hicabın məktəb forması ilə uzlaşmasına diqqət çəkmişdir: "Hicabın olub-olmaması yox, onun hansı şəkildə olması müzakirə edilə bilər", - deyə QMİ sədri bildirib.
Həmçinin QMİ sədrinin sözcüsü Rəhimə Dadaşova "Mazlumder" rəsmiləri ilə görüş zamanı Şeyxin ilk açıqlamasına diqqət çəkməsi və o açıqlamanı dəstəkləməsi, QMİ daxilində parçalanma və ya QMİ rəhbərliyinə hansısa təzyiqlərin edilməsi ehtimalından xəbər verir.