bu gün yanvar ayının 24-ü Azərbaycan İslam Partiyasının (AİP) növbədən kənar iclası keçirilib. İclasda partiya nümayəndələri...
Azerbaijan servsi/Aran agentliyi
FaktXeber.com-un verdiyi məlumata görə, bu gün yanvar ayının 24-ü Azərbaycan İslam Partiyasının (AİP) növbədən kənar iclası keçirilib. İclasda partiya nümayəndələri, sədr müavinləri və Baş Məclsinin üzvləri iştirak edib. İslam Partiyasının keçirdiyi növbədən kənar iclasa Natiq Kərimov sədrlik edib. Partiya sədri Mövsüm Səmədovun həbs olunması və onun barəsində 3 aylıq həbs qəti-imkan tədbirinin seçilməsi, AİP-ə müvəqqəti sədrin təyin olunmasına səbəb olub. Azərbaycan İslam Partiyasının nizamnaməsinə görə, Mövsüm Səmədovun sədrlik funksiyası başqa bir partiya mənsubuna keçib. Ötən gün barəsində 10 sutka həbs cəzası kəsilən AİP sədrinin birinci müavini Elçin Manafov, müvəqqəti olaraq partiyaya sədr təyin edilib. Baş Məclisn üzvü Natiq Kərimovun verdiyi məlumata görə, Azərbaycan İslam Partiyasıda keçirilən iclasda partiyaya yeni sədr Elçin Manafov təyin olunub. "AİP sədri Mövsüm Səmədov və onun müavinlərinin həbs olunduqdan sonra, dərhal fövqəladə vəziyyəti nəzərə alaraq müvəqqəti idaretmə sistemi yaradılmışdı. Mövsüm Səmədovun birinci müavini azadlığa çıxdıqdan sonra, müvəqqəti idaretmə sistemi iclas keçirərək partiyaya müvəqqəti yeni sədr təyin edib. AİP nizamnaməsinə uyğun olaraq partiya sədrinin olmadığı müddətdə onun yerinə sədr olaraq birinici müavin Elçin Manafov təyin olunub" -deyə Natiq Kərimov əlavə edib.