Tarix : 2011 Jan 25
Kod 20951

Tehranda İmam Hüseyn (ə) Ərbəini ərəfəsində sərgi

Nigarestan muzeyi sarayında İranın bütün incəsənət xadimlərinin əsərlərindən ibarət 250 sənət əsəri sərgiyə qoyulub
IIR servsi/Aran agentliyi

(Səhər TV)-İmam Hüseyn (ə)-ın Ərbəini ərəfəsində dünyanın bir çox yerlərində şiələr, müxtəlif təşkilatlar bir çox mərasimlər keçirirlər. Bu münasibətlə Tehranda bir sərgi fəaliyyətə başlayıb.

Nigarestan muzeyi sarayında İranın bütün incəsənət xadimlərinin əsərlərindən ibarət 250 sənət əsəri sərgiyə qoyulub.

Sərgiyə qoyulmuş incəsənət əsərləri təzhib, gül və quş, miniatür, müxtəlif cəhətlərlə azad şəkildə rəssamlıq, afişa, heykəltəraşlıq, xəttatlıq, o cümlədən xətt rəssamlığı və digər xəttatlıq üsullar, şəkil, ədəbi qitələr və şerdən ibarətdir.

Bu sərginin keçirilməsində məqsəd İmam Hüseyn (ə)-ın məzlumluğunun ən böyük sənədi olan 6 aylıq körpəsinin şəhid olmasının anılmasıdır.

Bu sərgi İranın Mədəni İrs, Əl Sənayesi və Turizm Təşkilatı, Həzrət Əliəsğər (ə)-ın Anılması Beynəlxalq Assambleyası, Sədabad Mədəni-tarixi Sarayı və İslami İrşad və Mədəniyyət Nazirliyinin incəsənət şöbəsinin nümayəndələrinin iştirakı ilə keçirilir.

  • Yazılıb
  • da (də) 2011 Jan 25