Tarix : 2011 Jan 25
Kod 20952

''Qərb İran xalqının hüququnu tanımalıdır''

Əməkdaşlıqlarda xalqların hüquqlarına hörmətlə yanaşılmalıdır
IIR servsi/Aran agentliyi

İran İslam Respublikasının Milli Təhlükəsizlik Ali Şurasının katibi 5+1 qrupundan istəyib ki, sülhməramlı nüvə texnologiyasının əldə olunması ilə əlaqədar İran xalqının hüququnu rəsmən tanısın.

Əl-Aləm telekanalına müsahibə verən Səid Cəlili İranın müxtəlif sahələrdə Qərbə əməkdaşlıq fürsətini verdiyini bəyan edərək deyib: Əməkdaşlıqlarda xalqların hüquqlarına hörmətlə yanaşılmalıdır.

İran Milli Təhlükəsizlik Ali Şurasının baş katibi habelə əməkdaşlıq meyarlarından birini nüvə yanacağının mübadiləsi məsələsi olduğuna toxunaraq bildirib: Hazırda nüvə enerjisi sahəsində əməkdaşlıq üçün önəmli məsələlər, o cümlədən nüvə tərksilahı məsələsi mövcuddur.

S.Cəlili İranın nüvə fəaliyyətlərinin forması barəsində xatırladıb: Qərbin Tehranın nüvə fəaliyyətləri istiqamətində yayınmanın göstəricisi olan sənədi yoxdur. Əksinə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin bütün hesabatlarında İranın nüvə fəaliyyətlərində heç bir yayınmanın olmadığı vurğulanıb.

İranın dəvəti ilə dünyanın 120-dən artıq ölkəsinin nümayəndələri də İstanbul müzakirələri ərəfəsində İranın nüvə obyektlərinə baxış keçirdilər və İranın nüvə fəaliyyətlərinin gizli olmaması və tam şəffaf olduğunu açıq-aşkar şəkildə elan etdilər.

  • Yazılıb
  • da (də) 2011 Jan 25