Avropa Birliyinin Türkiyə ilə anlaşması bu birliyə qoşulan digər ölkələrlə müqayisədə tam fərqli olub
Türkiyə servsi/Aran agentliyi
Türkiyənin baş naziri Avropa Birliyinə üzv bəzi ölkələrin Türkiyənin AB-yə qoşulması məsələsində bu ölkəni aldatmaq üzrə səylərini pisləyib.
Müxbirimizin məlumatına əsasən Rəcəb Tayyib Ərdoğan cümə günü deyib: Avropa Birliyinin Türkiyə ilə anlaşması bu birliyə qoşulan digər ölkələrlə müqayisədə tam fərqli olub.
Ərdoğan Avropa Birliyi ölkələrindən istəyib ki, Türkiyənin bu birliyə üzvlüyünü qəbul etmək istəmirlərsə, açıq şəkildə öz fikirlərini bildirsinlər.
Sonralar Avropa Birliyinə çevrilən Avropa cəmiyyətinə qoşulması üçün Türkiyənin rəsmi istəyi 1987-ci ilin 14 aprelində irəli sürüldü.
Türkiyə 1999-cu il dekabr ayının 12-də rəsmi şəkildə Avropa Birliyinə üzvlüyə namizəd kimi tanındı. Türkiyənin birliyə qoşulması üçün müzakirələr 2005-ci il 3 oktyabrdan başlayıb. Ancaq indiyə qədər Türkiyənin Avropa Birliyinə qoşulması üçün heç bir nişanə mövcud deyil.