Məhkəmənin qərarından 4 sutkadan artıq vaxt keçməsinə baxmayaraq, Mövsüm Səmədov hələ də Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılır
Azerbaijan servsi/Aran agentliyi
Nəsimi Rayon Məhkəməsinin Mövsüm Səmədov barədə yanvarın 20-də çıxardığı qərarda onun Bakı İstintaq Təcridxanasında saxlanılmalı olduğu göstərilib. FaktXeber.com-un verdiyi məlumata görə, həmin qərardan 4 sutkadan artıq vaxt keçməsinə baxmayaraq, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən onun köçürülməsi təmin olunmayıb. Bununla bağlı Azərbaycan İslam Partiyasının həbsdə olan sədri Mövsüm Səmədovun vəkili Anar Qasımovla əlaqə saxladıq. AİP sədrinin vəkili Anar Qasımov da məslədən xəbərdar olduğunu söylədi və bu qərarın qanunsuz olduğunu bildirdi. "Cinayət Prosessual Məcəllədə göstərilib ki, məhkəmənin qərarı çıxdıqdan 24 saat sonra mütləq şəxsin köçürlüməsi təmin olunmalıdır. Yəni Mövsüm Səmədov məhkəmənin qərarından sonra, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində olmamamılıdr. Əgər hüquqlarını müdafiə etdiyim şəxs hələ də orda saxlanılırsa, bu qanunların pozulması deməkdir. Mən bununla bağlı Respublika Prokurorluğu yanında yaradılmış istintaq qrupunun rəhbəri Mehdi Mirzəyevə vəsatətlə müraciət etmişəm. Bu probemə tez bir zamanda aydınlıq gətirilməlidir"-deyə Anar Qasımov əlavə edib.