Tarix : 2011 Jan 25
Kod 20955

Ərbəin ərəfəsində Kərbəlada terror

iki partlayış Kərbəlanın şərqindəki avtovoğzalda baş verib
Beynalxalq servsis/Aran agentliyi

Dünən gecə saatlarında Kərbəla yaxınlığında terror aktı törədilib.

İslam-Azeri.az İnternet qəzetinin "Əs Sumariya" telekanalına istinadən verdiyi xəbərə görə, iki partlayış Kərbəlanın şərqindəki avtovoğzalda baş verib.

İlkin açıqlamalara görə terror nəticəsində 15 nəfər həyatını itirib, onlarla nəfər yaralanıb.

Terrorun bəəsçilər və radikal vəhabilər tərəfindən törədildiyi önə çəkilir.

Qeyd edək ki, müsəlmanlar Həzrəti Muhəmmədin (s) əziz nəvəsi İmam Huseynin (ə) 40 mərasimini yad edirlər.

 

İslam-Azeri.az

  • Yazılıb
  • da (də) 2011 Jan 25