Tarix : 2011 Jan 25
Kod 20964

Vətəndaşların (nardaranlıların-red) öz haqları uğrunda mübarizəsini xarici qüvvələrlə əlaqələndir...

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəis müavini Məhəmməd Bayramov APA-ya bildirib ki, ötən ilin sonunadək ...
Azərbaycan servisi/Aran agentliyi

Bakıda məktəbə hicabla gələn şagirdlərin təxminən 200-ü hələ də dərslərdə iştirak etmir. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəis müavini Məhəmməd Bayramov APA-ya bildirib ki, ötən ilin sonunadək Bakının orta məktəblərində dərsə hicabla gələn təxminən 1000 şagirdin 60 faizi məktəbli formasına keçib. Digər məktəblilərin formaya keçməməsini Nardaran qəsəbə sakinlərinin övladları olduqlarını bildriərək nardaranlıları ümumi dövlətçiliyə xidmət etməməkdə itthiam etmişdir.
Məsələ ilə bağlı ADP sədri Sərdar Cəlaloğlu “Deyerler.org”a bildirib ki, “İnsanların öz dini inanclarına uyğun halda yaşamasına qarşı çıxış etmək Azərbaycan Konstitusiyasına ziddir. Həmin məmurun da mövqeyi bu mənada ölkə qanunvericiliyinə ziddiyyət təşkil edir. Vətəndaşların öz haqları uğrunda mübarizəsini dərhal xarici qüvvələrlə əlaqələndirmək, Azərbaycanda çoxdan yayılmış bir ənənədir. Əvvəllər demokratik qüvvələr müəyyən bir fikir irəli sürən zaman dərhal bunu Avropadan təsir ilə əlaqələndirirdilər. Ona görə də, bu ittihamlar Azərbaycan həyatında geniş yayılmış təcrübədir”. 

  • Yazılıb
  • da (də) 2011 Jan 25