Tarix : 2011 Jan 26
Kod 20966

Şəhidlər Sərvərinin ərbəini Böyük Rəhbərin iştirakı ilə keçirilib

Şəhidlər sərvəri Həzrət İmam Hüseyn (ə)-ın ərbəini mərasimi çərşənbə axşamı günü İslam İnqilabının Böyük Rəhbərinin iştirakı ilə keçirilib
IIR servisi/Aran agentliyi

(Səhər TV)-Şəhidlər sərvəri Həzrət İmam Hüseyn (ə)-ın ərbəini mərasimi çərşənbə axşamı günü İslam İnqilabının Böyük Rəhbərinin iştirakı ilə keçirilib.

İmam Hüseyn (ə) və onun vəfalı yoldaşlarının ərbəinində İranın hər bir yerindən tələbə əzadarlıq heyətləri İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahülüzma Xameneinin iştirakı ilə İmam Xomeyni (rə) hüseyniyyəsində möhtəşəm şəkildə matəm saxlayıblar.

Bu matəm mərasimində ilk öncə İmam Hüseyn (ə) məktəbinin maarif dərsləri açıqlanmış, sonra isə məddahlar və əzadarlar mərsiyə oxumaq və sinə vurmaqla Kərbəla əsirləri karvanı və Həzrət Zeynəb (s.ə)-ın müsibətlərinə ağlayaraq əza saxlayıblar. 

  • Yazılıb
  • da (də) 2011 Jan 26